Ermənistanın Abovyan şəhərində oktyabrın 11-i gecə saatlarında atışma və dava baş verib.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Məlumata görə, yaralananlardan biri güllə yarası, digəri isə bıçaq xəsarəti alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri son dərəcə ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, şəxsiyyəti müəyyən edilməmiş bir qrup şəxs mübahisə edib, daha sonra mübahisə silahlı insidentə çevrilib.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları qan izləri, güllə gilizləri, bıçaq aşkar ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.