Avstriya İsrailin kənarlaşdırılacağı təqdirdə 2026-cı il “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi etməyəcəyini açıqlayıb.
Belə bəyanatla kansler Kristian Stoker çıxış edib.
Qeyd edək ki, ötən il “JJ” kimi tanınan Yohannes Picin ifa etdiyi “Wasted Love” adlı mahnı ilə qalib gələn Avstriya, növbəti müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı.
Qeyd edək ki, analoji mövqe Almaniyadan da gəlib. Belə ki, kansler Fridrix Merz keçən bazar ertəsi etdiyi açıqlamada, İsrailin müsabiqənin bir parçası olduğunu müdafiə edib və onun müsabiqədən kənarlaşdırılmasının müzakirə olunmasını belə qalmaqal adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.