AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibkarlar Birlik tərəfindən hər zaman dəstəkləndiyini bildirib

  • + A
  • - A
  • 15-02-2023, 17:56

    Sahibkarlar Birlik tərəfindən hər zaman dəstəkləndiyini bildirib

    SOCAR "Azəriqaz" İB-nin sahibkarlarla sayca 61-ci görüşü Tovuz rayonunda baş tutub. Tədbiri ilk olaraq giriş sözü ilə açan Şəmkir RQİİ-nin rəisi Elman Qənbərov sahibkarlığın inkişafı istiqamətində dövlətin yürütdüyü siyasətin Birlik tərəfindən hər zaman dəstəkləndiyini bildirib və bunun baris nümunəsi kimi "Açıq mikrofon" aksiyasını misal çəkib. Sahibkarlar önündə çıxış edən KOBİA nüməyəndəsi Nəriman Zamanov SOCAR "Azəriqaz" İB ilə birgə həyata keçirilən bu cür layihələri yüksək qiymətləndirərək sahibkarlığın inkişafı üçün hər zaman dəstəyin davam etdiriləcəyini vurğulayıb. Düz Qırıqlı, Quşçu və Qovlar kəndindən qatılan sahibkarlar ilk olaraq bu günədək Birliyin onlara yaratdığı şəraitə görə minnətdarlıqlarını ünvanlayıblar. 3 sahibkarın istəyi isə debitor borca görə onlara edilən güzəştlərin bu il də davam etdirilməsi olub. Görüşdə səslənən bu və ya digər müraciətlər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydə alınıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR