AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təbii inhisarçılar olan Aztelekom və Baktelekom Antiinhisara qarşı

  • + A
  • - A
  • 7-07-2023, 14:45

    Təbii inhisarçılar olan Aztelekom və Baktelekom Antiinhisara qarşı

    Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz yazır...
    Antiinhisarın Aztelekom və Baktelekom-a qarşı cərimə və yüksək tariflərin ləğvi ilə bağlı icrası məcburi olan qərarından sonra bu qurumlar məhkəməyə müraciət edəcəklərini bildiriblər.

    Düşünürəm ki, hər iki təbii inhisarçı doğru yolda deyil.
    Dirəşməyin yeri yoxdur. Görünən dağa bələdçi lazım olmaz.

    Hər iki dövlət operatoru dövlətə məxsus kabel-kanal infrastrukturundan, qovşaqlardakı resurslardan istifadə tariflərini ötən il qaldıranda düşünməliydilər belə davam edə bilməz.
    Özəl provayderlər adi bir rabitə şkafı üçün qovşaqlara az qala bir otağın icarəsi qədər ödəniş edirdilər, kabel-kanal üçün icarə haqları hədsiz yüksəlib.

    Bu konflikt haradan qaynaqlanır?
    Son iki ildə, RİNN-nin yeni rəhbərliyi dövründə provayderlər üçün biznes mühiti xeyli yaxşılaşmışdı. Onların sayı qısa zamanda 200-ə çatıb. Hər gün də artır. Əvvəlki qadağalar yoxdur.
    Güman ki, bu iki dövlət operatoru da fikirləşib ki, özəl provayderlərin sayı belə artırsa, məhdud olan bazarda müştərilər özəllər tərəfindən daha çevik tarif siyasətiylə cəlb olunursa , onlar da 85 milyon krediti və gəlirlərini elə özəl provayderlər və yüksək tariflər hesabına həll etsinlər.
    Hansı ki, təbii inhisarçı üçün bu yolverilməzdir.

    RİNN nə edə bilər?
    Düşünürəm ki, RİNN dövlət operatorlarının bu özbaşınalığına son qoymalı, onları pərakəndə satış infrastrukturu ilə birgə özəlləşdirməyə hazırlamalıdır.

    Nazirlik resurslarını bu iki inhisarçının birləşdirilməsinin başa çatdırılmasına yönəltməli, onları sağlamlaşdırmalı və satışa çıxarmalıdır.
    Aztelekom-un yenicə magistral provayder statusu alması bazarda situasiyanı daha da sərtləşdirəcək.
    Dövlət qurumunun həm magistral və həm də pərakəndə satışı əldə etməsi mühitin inkişafına xeyli xələl gətirə bilər.

    Fikrimcə, Nazirlik tənzimlənməyə daha çox güc verməlidir. İKTA-nın rolu gücləndirilməlidir.
    Təbii inhisarçı olan, dövlət operatorlarl olan Aztelekom və Baktelekom gündə bir açıqlama verməli deyil, gündə bir tarif müəyyən etməli deyil, dünən vətəndaşa verdiyi seçim imkanını heç bir açıqlama vermədən bu gün ləğv etməli deyil.

    Dövlət operatorları Antiinhisarla davaya hazırlaşmaqdansa GPON infrastrukturu genişləndirməyə, işləri canlandırmağa, krediti qaytarmaq üçün əlavə xidmətlər verməyə diqqət yetirsə daha yaxşı olardı.
    2024-cü ildə bütün ölkə üzrə internet problemi bitməlidir. Vaxt azdır, görüləcək işlər isə yetərincədir.

    Baş verənlər sektorda yeni formalaşmaqda olan normal biznes mühitinə, sağlam rəqabətə, sektorda yenicə formalaşan dövlət-özəl tərəfdaşlığa , RİNN -in bu istiqamətdə apardığı faydalı işlərə də xələl gətirir.

    Yaxşı olar ki, Nazirlik bu dövlət operatorlarının satışa çıxarılması, nə zaman özəlləşdirilməsi ilə bağlı açıqlamalar versinlər.

    Nazirlik bütün ölkə üzrə apardığı, çox faydalı və vacib olan "Onlayn Azərbaycan" layihəsini yekunlaşdıran anda doğru olar ki, Aztelekom və Baktelekom-un pərakəndə internet satış infrastrukturunu özəlləşdirməyə çıxarsın.
    Nazirlik, dövlət tərəfindən kənddə və şəhərdə son istifadəçiyə internet satışı məsələsinə nöqtə qoymalıdır. Gözlənti budur.

    Antiinhisarla danışacaq qurum dövlət operatorları deyil, Nazirlik, İKTA olmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR