AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT "Vərəm sağalan xəstəlikdir” adlı layihəsinin ikinci tədbirini keçirib - FOTOLAR

  • + A
  • - A
  • 24-08-2023, 21:46

    QHT "Vərəm sağalan xəstəlikdir” adlı layihəsinin ikinci tədbirini keçirib - FOTOLAR

    21-22 avqust tarixlərində “Sağlamlığa Xidmət” İctimai Birliyi "Vərəm sağalan xəstəlikdir” adlı layihənin ikinci tədbirini "Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində keçirib.

    Birlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, kontaktlarını məlumatlandırmaq və həmin şəxslərin ağciyərlərinin rentgen müayinəsindən keçirərək, vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir.

    Layihə çərçivəsində tədbirin birinci günü Birliyin nümayəndə heyəti Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor vəzifəsini icra edən İslam Ağayevlə görüşərək, təşkilat barəsində və eyni zamanda tədbirin məqsədi ilə bağlı ətraflı söhbət ediblər, həmçinin tədbirin keçiriləcəyi akt zalına baxış keçirib, lazımi avadanlıqlarin quraşdırılması təşkil olunub.

    Layihə çərçivəsində tədbirin ikinci günü Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Akt zalında maarifləndirici tədbir keçirilib. Tədbirdə Birliyin sədri, Vərəm əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı, Birliyin sədr müavini, layihə rəhbəri Samirə Muxtarova, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai B-in sədri, Vərəm əleyhinə QHT Koalisiyasının üzvü Ziba Nəbiyeva, “Sağlamlığa xidmət” İB-in nümayəndəsi İlknur Murad iştirak ediblər.

    Tədbirdə açılış nitqi ilə çıxış edən Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor vəzifəsini icra edən İslam Ağayev keçirilən maarifləndirici tədbirin çox önəmli olduğunu bildirərək, hər bir kəsin infeksion xəstəliklərlə, xüsusilə dünyanı ağuşuna almış vərəm xəstəliyi ilə bağlı maariflənməsinin əhəmiyyətini bildirib və tədbiri açıq elan edib.

    Birliyin sədri Elçin Muxtarlı vərəmlə bağlı Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarını və tövsiyyələrini iştirakşıların diqqətinə çatdırıb.

    Layihə rəhbəri Samirə Muxtarova tədbirin təşkil olunmasında böyük dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan TƏBİB- in rəhbərliyinə, Şamaxı rayon İcra hakimiyyətinin rəhbərliyinə və eyni zamanda İH-nin əməkdaşı Səbuhi Həsənova, Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor vəzifəsini icra edən İslam Ağayevə, vərəm kabinetinin tibb bacısı Südabə Əliyevaya minnətdarlığını bildirib. Samirə Muxtarova təqdimat vasitəsilə iştirakçılara vərəm xəstəliyi barəsində geniş məlumat verərək, “xəstəliyin profilaktikası, onun yoluxma yolları, erkən aşkarlanmanın əhəmiyyəti, vərəmin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda ətraflı çıxış edərək, 2030-cu ilədək hər birimizin birgə səyi nəticəsində “Bəli, biz vərəmə birgə qalib gələcəyik” şüarını səsləndirib. Tədbir zamanı digər donor tərəfdən ərsəyə gələn “Vərəmin profilaktikası” və ”Sağlamlığa Xidmət” İB-yi tərəfindən hazırlanan portativ, süni intelekt üstünlüyünə malik rentgen aparatı barəsində videoçarx nümayiş olunub.

    “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-in sədri Ziba Nəbiyeva viruslu hepatitlər, onların yoluxma yolları və qorunma qaydaları haqqında məlumat verib və daha sonra məlumatlandırıcı sosial videoçarx nümayiş olunub.

    Qeyd edək ki, iştirakçılara vərəm xəstəliyi barədə maarifləndirici bukletlər paylanılıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb. Layihə çərçivəsində tədbirdə 63 nəfər şəxsin məlumatlandırılması və eyni zamanda vərəmin erkən aşkarlanmasına dəstək olaraq, vərəm xəstələrinin və onların yaxın təmaslarının ağciyərlərinin rentgen müayinəsi təşkil olunub. Sonuncu tədbir 12-13 sentyabr tarixlərində Xaçmaz rayonunda keçiriləcək.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR