Amerikanın Wall Street Journal (WSJ) qəzeti yazır ki, Ukraynada doğum səviyyəsi dünyada ən aşağı səviyyəyə çata bilər.
Məqalədə göstərildiyi kimi, Ukraynada görünməmiş demoqrafik böhran baş verir və bu, ölkə üçün böyük təhlükə yaradır. Artıq Avropada ən aşağı olan doğum səviyyəsi bütün dünyada ən aşağı ola bilər. Bu halda, demoqraflar Ukrayna əhalisinin 30 milyon nəfərdən az olacağını proqnozlaşdırırlar.
Bundan əvvəl xəbər verilmişdi ki, Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya İnstitutunun direktor müavini Aleksandr Qladun Rusiyaya gedənləri nəzərə almasaq, ümumilikdə beş milyona yaxın insanın ölkəni tərk etdiyini bildirib.
Demoqraf əlavə edib ki, bu rəqəmin üçdə biri kişilərdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.