AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İçərişəhərin həyatı” adlı fotosərginin açılışı baş tutub

  • + A
  • - A
  • 1-12-2023, 12:05

    “İçərişəhərin həyatı” adlı fotosərginin açılışı baş tutub

    30 noyabr 2023-cü il tarixində Bakı Fotoqrafiya Evində açılan sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) birgə təşkil etdiyi fotomüsabiqənin qaliblərinin və iştirakçılarının fotolarından ibarətdir.
    “İçərişəhərin həyatı” adlı fotomüsabiqədə fotokamera və mobiloqrafiya kateqoriyaları üzrə ümumilikdə 51 nəfər iştirak edib. Sərgilənən 36 fotodan 6-sı qaliblərə aiddir.
    “Fotokamera” kateqoriyası üzrə:
    I yer - Fristov Aleksandr Viktoroviç;
    II yer - Cavid Həşimov;
    III yer - Hikmət Sadıxov.
    “Mobiloqrafiya” kateqoriyası üzrə:
    I yer - Asif Mustafazadə;
    II yer - İsmayıl Cəfər;
    III yer - Yaqub Bəndəliyevdir.
    Sərgi 8 dekabr 2023-cü il tarixinədək Bakı Fotoqrafiya Evində davam edəcək.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR