ABŞ prezidenti Donald Trampın Tehranla razılığa gəlmək üçün bütün diplomatik səylərdən imtina etməsi ehtimalını nəzərə alaraq, ABŞ ordusu İrana qarşı uzunmüddətli hərbi əməliyyata hazırlaşır.
Bu barədə “Reuters“ ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
"Əgər prezident Donald Tramp hücum əmri verərsə, ABŞ ordusu İrana qarşı uzunmüddətli, həftələrlə davam edəcək əməliyyata hazırlaşır ki, bu da iki ölkə arasında əvvəlkindən daha ciddi münaqişəyə səbəb ola bilər", - məlumatda deyilir.
Məlumata görə, İrana qarşı əməliyyatlara hazırlıq indi nüvə obyektlərinə hücumlar zamanı olduğundan daha mürəkkəbdir. Çünki bu dəfə ABŞ ordusu təkcə nüvə obyektlərini deyil, həm də hökumət və təhlükəsizlik qüvvələrini hədəf almağı planlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.