334 saylı tam orta məktəbdə şagirdə qarşı bullinq baş verib. Məlumatı şagirdin atası Cəlil Cavanşir ictimailəşdirib. Valideyn yazır ki, Binə qəsəbəsində yerləşən 334 saylı tam orta məktəbdə, 10-cu sinifdə təhsil alan oğluma qarşı sinif yoldaşları bullinq edib. Bədən tərbiyəsi müəllimi Sahib Cəfərov da şagirdlərə qoşularaq oğlumu ələ salıb. Bu artıq neçənci haldır ki, oğlum müəllimlərin davranışından, yanaşmasından şikayət edir.
Cəlil Cavanşir bildirir ki, Təhsil Nazirliyinin qaynar xəttinə zəng edib, şikayət etdim, məni başdan elədilər, yönəltdilər Bakı Şəhər Təhsil İdarəsinə: "Təhsil idarəsində də zənglərə cavab vermirlər.
İndi mənim 15 yaşlı oğlum bu bullinqə görə özünə nə isə etsə mən kimin yaxasından yapışmalıyam?
Bu necə təhsil sistemidir? Nə düşünür bizim Emin müəllim? Nə vaxta qədər debilllər, vicdansızlar təhsil sistemində at oynadacaq?".
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələyə dərhal reaksiya verdi. İdarədən Azadmedia.az-a verilən məlumata görə məsələ ilə bağlı araşdırma aparılacaq. Araşdırmanın nəticələri barədə məlumat veriləcək.
Mövzuya qagıdacağıqElnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.