Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasına daha 9 universitet qoşulub. Beləliklə platformada məzunlarının göstəriciləri yerləşdirilən universitetlərin sayı 23-ə çatıb.
Platformaya yeni qoşulan universitetlər aşağıdakılardır:
ADA Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Konservatoriyası
Azərbaycan Texnologiya Universiteti
Azərbaycan Universiteti
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Bakı Mühəndislik Universiteti
Milli Aviasiya Akademiyası
Xəzər Universiteti
Əlavə olaraq Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Bakı Avrasiya Universitetinin məzunları barədə məlumatlar da qısa zamanda platformaya əlavə ediləcək.
Qeyd edək ki, platformanın hazırlanmasında əsas məqsəd abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır. Platformada ölkədə fəaliyyət göstərən özəl və dövlət universitetlərinin məzunlarının məşğulluğu ilə bağlı göstəricilər yer alır.
“Məzunların məşğulluq reytinqi” platformasında universiteti bitirən məzunların bitirdikləri tarixdən etibarən növbəti 2 il ərzində işədüzəlmə müddətləri, ixtisasları üzrə işlə təminatı, əmək haqlarının səviyyəsi və digər parametlərə görə reytinqi əksini tapır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.