AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ailələrdə Sənətkarlığın Təşviqi" layihəsinin icrası davam edir- FOTOLAR

  • + A
  • - A
  • 10-06-2024, 18:32

    "Ailələrdə Sənətkarlığın Təşviqi" layihəsinin icrası davam edir- FOTOLAR


    Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondu "Ailələrdə Sənətkarlığın Təşviqi" layihəsinin icrasını davam etdirir.

    QHT.az xəbər verir ki, hal-hazırda seçim turu başlayıb. "Dərzilik" kursu üzrə dərs keçirilir. Burada eskizlərin çəkilməsi, geyimlərin konstruksiyası (ülgü çıxarma, tikiş, ölçülərin götürülməsi, millimetrovka üzrə günəş ətəyinin eskizinin çıxarılması), geyim tərtibi analizi və moda, dəb mədəniyyəti barədə biliklər professional şəkildə öyrədilir. Kursları müvəffəqiyyətlə bitirən layihə iştirakçıları müvafiq sahə üzrə şirkətlərə praktiki təcrübəyə göndəriləcək və işlə təmin olunması nəzərdə tutulur.

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan gənclər, həmçinin aztəminatlı ailələrin dərzilik peşəsinə marağı olub, lakin maddi gücü çatmayan 18 yaşından yuxarı gəncləri (və ya valideynlər) üçün dərzilik peşəsini professional səviyyədə öyrədərək onları modelyer dizayner kimi yetişdirmək və müvafiq sahədə işlə təmin etməkdir.

    İştirak edən hər bir gəncin yüksək nəticə əldə etməyinə inanırıq!










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR