Kreml: Putinin G20 sammitində iştirak qərarı hələ verilməyib

Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın Mayami şəhərində 14–15 dekabr tarixlərində keçiriləcək G20 sammitində şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı hələlik yekun qərar qəbul olunmayıb.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Kommersant” nəşrinə açıqlamasında bildirib.
“Belə bir qərar hələ verilməyib, lakin Rusiya hər bir sammitdə uyğun səviyyədə iştirak edib. G20 xətti üzrə işlər davam edir,” – deyə Peskov brifinqdə qeyd edib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Pankin ölkənin ABŞ-da keçiriləcək sammitə yüksək səviyyədə dəvət olunduğunu bildirmişdi. O, hazırda Rusiyanı görüşdə kimin təmsil edəcəyinin dəqiqləşmədiyini qeyd edib.
Rusiya G20 üzrə şerpasi Svetlana Lukaş isə 2025-ci ilin dekabrında ABŞ-ın Vladimir Putinin sammitə mümkün gəlişinə hazırlıq gördüyünü açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.