Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi "Məişət zorakılığı əleyhinə təşəbbüslər" layihəsinin icrasına başlayıb.QHT.az xəbər verir ki, bu barədə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva məlumat verib. Onun sözlərinə görə, Sumqayıt şəhəri və ətraf ərazilərdə yaşayan, məişət zorakılığı, insan alveri və potensial qurbanlar təşkilatın ofisində, onların məruz qaldıqları pozuntuların aradan qaldırılmasına yönəlmiş hüquqi, sosial və psixoloji xidmətlər təqdim ediləcəkdir: "Həmin xidmətlər şəxsi qəbul və rabitə əlaqələri ilə təmin ediləcəkdir. Hədəf qrupuna daxil olan şəxslər və onların ailə üzvləri ilkin psixoloji konsultasiya almaq imkanına malik olacaqlar".
QHT sədri həmçinin bildirib ki, layihə çərçivəsində hədəf qrupları üçün nəzərdə tutulan xidmətlər barədə yerli telekanallarda və sosial şəbəkələrdə elanlar veriləcək və onlar bu xidmətlərdən yararlanmağa dəvət olunacaqlar: "Layihənin icrasına cəlb olunmuş könüllülər tərəfindən əhalinin müxtəlif qurumlarını təmsil edən şəxslər arasında sorgu keçiriləcəkdir. İki televiziya verilişi hazırlanıb telekanallarda nümayiş olunacaqdır. Təlim və ictimai müzakirələr təşkil ediləcək. Bu layihənin icrasında əsas məqsədimiz risk qrupuna daxil olan, zorakılığa məruz qalmış şəxslərin hüquqlarının müdafiəsidir".
Əlaqə:
*Vəkil: Ruslan Mustafazadə, tel: 0503008788
*Vəkil köməkçisi və hüquqşünas: Ərturqut Şərəfxanlı, tel: 0555708645
*Psixoloq: Samirə İsmayılova, tel: 0558286067.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.