AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk dünyası surətli inkişaf mərhələsindədir

  • + A
  • - A
  • 11-06-2024, 12:01

    Türk dünyası surətli inkişaf mərhələsindədir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin iyun ayının 6-da TÜRKPA-nın növbəti plenar iclası iştirakçılarının qəbulu zamanı qeyd etmişdir ki, “Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub”.

    Əlbəttə ki, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır və daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur və onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.

    “Bizim ailəmiz Türk dünyasıdır” fikrini səsləndirən Ölkə Başçısı bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərlə tarixi bağlılığı, mehriban dostluq, qardaşlıq münasibətləri mövcuddur və bu təşkilatı gücləndirmək bizim ən mühüm vəzifələrimizdəndir.
    Böyük iqtisadi potensiala, zəngin təbii sərvətlərə, möhtəşəm hərbi gücə, inkişaf edən gənc insan resurslarına malik olan Türk dünyasının qarşısında fundamental vəzifələr durur və Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.

    Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addımdır və dərin simvolik məna daşıyır.

    Bütövlükdə Cənubi Qafqazın nadir incisi olan və mənfur düşməndən azad edilən Şuşaya Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri səfərlər etmişlər. Qardaş ölkələr tərəfindən işğaldan azad edilən ərazilərimizdə sosial-mədəni obyektlərin – məktəb, incəsənət mərkəzinin inşası bizim sarsılmaz birliyimizin rəmzidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR