AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” adlı layihəyə start verib

  • + A
  • - A
  • 11-06-2024, 13:48

    QHT “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” adlı layihəyə start verib

    QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” adlı layihəyə start verdi.

    Layihənin ideyası Regionlarda qadınların sosial hüquqlarının qorunması, sahibkarlığın inkişafı üçün qadınların bilik və bacarıqlarının artırılması, sahibkarlıq mühitinin stimullaşdırılması təşəbbüslərinin dəstəklənməsidir.

    Layihə region qadınlarının orta və kiçik sahibkarlıq sahəsində biliklərinin, əmək bazarında qadınların rolunun artırılmasına və məşğulluq problemlərinin həll olunmasına istiqamətlənib. Layihə Şirvan regionunun 4 rayonunda Şamaxı, İsmayılı, Ağsu və Qobustan rayonlarında yaşayan gənc qızlar və qadınların iştirakı ilə həyata keçiriləcək.

    Düşünürük ki, bu layihəni həyata keçirməklə biz Azərbaycanın regionlarında kənd qadınlarının iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi və sosial həyatda iştirakı üçün yerli mühiti formalaşdıran problemlərə və imkanlara dair informasiya çatışmazlığı qismən aradan qaldırılacaqdır.



    Südabə Şirəliyeva

    “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB


    cwmw_az_az@yahoo.com


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR