AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” mövzusunda tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 24-06-2024, 11:36

    “İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” mövzusunda tədbir keçirilib - FOTOLAR

    Goranboy rayonunda Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” mövzusunda tədbir keçirilib.

    “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyin sədri Elnarə Məhərrəmova QHT.az-a bildirib ki, tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi (KOBİA) Babək Nəsibov, Gəncə Daşkəsən Regional Məşğulluq Filialının Goranboy xidmət şöbəsinin baş mütəxəssisi İqbal Süleymanov, Kəlbəcər rayon 28 nömrəli tam orta məktəbin direktoru Vüqar Əmrahov və Goranboy rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edib.

    İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını və qanını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri ilk öncə layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, İşğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması, o cümlədən icma quruculuğu prosesinin dayanıqlı və davamlı əsaslarının formalaşdırılması prosesinin dəstəklənməsi, o cümlədən həmin ərazilərdə əmək bazarının inkişaf meyillərinin öyrənilməsi, inkişaf planlarının parametrləri üzrə təhlillərin aparaılması, hədəf qruplarının əmək bazarının potensial tələblərin haqqında maarifləndirilməsi, əmək qabiliyyətli vətəndaşların, xüsusi ilə gənclərin peşə/ixtisas seçimi istiqamətlərinin rasional şəkildə yönləndirməsi, hədəf qruplarına fərdi sahibkarlıq bacarıqlarının öyrədilməsi və başqa sözlə məcburi köçkünlərin maarifləndirilməsi yolu ilə böyük qayıdışa ön hazırlıq işlərinin aparılmasıdır.

    Sonra layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, həmin ərazilərin kifayət qədər potensialı vardır. Həm resurslar baxımından, həm də flora və fauna baxımından. Ümumiyyətlə işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatının əsas üç istiqamətdə inşa olunması proqnozlaşdırılır və inkişaf etdiriləcəkdir. Bunlardan kənd təsərrüfatı, turizm və digər xidmətlər sahəsi, eyni zamanda paralel olaraq da mineral resurlarla zəngin bölgə kimi bu istiqamətdə emal sənayesini də inkişaf etməsi proqnozlaşdırılır. Hazırda ilkin qiymətləndirmələrə görə həmin bölgələrdə məskunlaşma başa çatdıqda təxminən 140 minə yaxın işçiyə-əməkçiyə ehtiyac yaranacaqdır. Yəni bu o deməkdir ki, kənd təsərrüfatında ixtisaslı kadrlara belə geniş yer ayrılacaqdır. İkinci ən böyük sahə ticarət sahəsidir ki, 82 min həmin sahədə işçiyə-əməkçiyə ehtiyac olacaqdır və üçüncü təhsil sahəsidir.

    Tədbirə dəvət olunmuş Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi (KOBİA) Babək Nəsibov, Gəncə Daşkəsən Regional Məşğulluq Filialının Goranboy xidmət şöbəsinin baş mütəxəssisi İqbal Süleymanov tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı və iştirakçıların təklifləri dinlənildi.

    Sonda layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR