Azadmedia.az TASS-a istinadən xəbər verir ki, Telegram-ın təsisçisi Pavel Durov Fransada saxlanılıb.
LCI telekanalının məlumatına görə, Durov Le Burje hava limanında saxlanılıb. İş adamı ora Azərbaycandan gəlib. Onun yanında bir qız və mühafizəçisi olub.
Saxlanmanın dəqiq səbəbləri göstərilmir, Paris polis prefekturası TASS isə Durovun saxlanması ilə bağlı məlumatı hələlik təsdiqləməyib.
Xatırladırıq ki, avqustun əvvəlində Pavel Durov ilk dəfə olaraq Bloomberg Billionaires Index (BBI) milyarderlər reytinqinə daxil olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.