AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistan və Pakistana yağış yağıb. Minlərlə insan təxliyə edilib

  • + A
  • - A
  • 29-08-2024, 23:44

    Hindistan və Pakistana yağış yağıb.  Minlərlə insan təxliyə edilib

    Azadmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu həftə Hindistanın qərbindəki Qucarat ştatının və qonşu Racastan ştatının bəzi ərazilərinə yağan güclü yağışlar şəhərləri su altında qoyub, kommunal xidmətləri sıradan çıxarıb.

    Ən azı 28 nəfər ölüb, ştat rəsmiləri yeni güclü leysan yağışları ilə bağlı xəbərdarlıq ediblər. Qucaratda çay səviyyəsinin artması ilə əlaqədar 18 mindən çox insan təxliyə edilib.

    Reuters telekanalının kadrlarından göründüyü kimi, ordunun xilasetmə qrupları xilasetmə əməliyyatına qoşulub.

    Reliance şirkətinə məxsus dünyanın ən böyük neft emalı zavodunun yerləşdiyi Camnaqarda güclü yağışlar davam edir.

    Hindistanın Meteorologiya Xidməti cümə axşamı Qucaratın Bharuch, Kutch və Sauraştra rayonlarında gözlənilən həddindən artıq güclü yağış, cümə günü isə güclü yağış, tufan və şimşək çaxacağı barədə xəbərdarlıq edib.

    Yağışlara Qucarat sahillərində dərin atmosfer çökməsi səbəb olub və bu, qonşu Pakistanın cənub sahillərinə də təsir edib. Kəraçiyə güclü yağış yağıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR