ABŞ Türkiyənin əməliyyatına görə narahatdır, ancaq…
ABŞ rəhbərliyi Türkiyənin Suriyada kürdlərin nəzarətində olan torpaqlarda əməliyyat başladılacağı ilə bağlı açıqlamasından narahatdır.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinə adı açıqlanmayan ABŞ rəsmisi deyib. Adı açıqlanmayan dövlət rəsmisi hələ də gərginlik olduğunu bildirib.
Məlumata görə, dövlət rəsmisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında baş tutan son telefon danışığında Suriyadakı son proseslər barədə müzakirələrin müsbət məcrada keçdiyini də qeyd edib.
Məqalədə ABŞ rəsmilərinin ABŞ və NATO-nun Ankaranın problemlərini həll etmək üçün göstərdiyi səylərin sabitliyi təmin edəcəyinə inandıqları qeyd edilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun bir neçə gündən sonra Suriyanın kürdlərin nəzarətində olan Menbiç rayonunda əməliyyatlara başlayacağını bəyan edib.