Ərdoğanla Putin Afrindən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
"Ölkə.Az" xəbər verir ki, ikitərəfli əlaqələrin də müzakirə olunduğu telefon danışığında Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyat, o cümlədən Suriyadakı hadisələr haqqında fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan “Zeytun budağı” əməliyyatında məqsədin Afrin bölgəsini PYD/YPG və İŞİD kimi terror təşkilatı ünsürlərindən təmizləmək olduğunu bildirib.
Türkiyənin milli təhlükəsizliyini zəmanət altına almağı hədəfləyən bu əməliyyatın Suriyanın siyasi birliyi və ərazi bütövlüyü baxımından da əhəmiyyətli töhfə olduğunu deyən Ərdoğan Suriya məsələsində Rusiya ilə birlikdə çalışmağa önəm verdiyini vurğulayıb.
Hər iki lider Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinin uğuru və siyasi həllinin önünün açılması üçün birgə səyləri davam etdirməkdə qətiyyətli olduqlarını diqqətə çatdırıblar.