Adnan Oktarın həbsxanadan SON FOTOLARI
Bir müddət əvvəl həbs edilən Adnan Oktarın son fotoları üzə çıxıb.
Oktarın arıqladığı və saçlarının ağardığı diqqətlərdən yayınmayıb.
Cəmiyyətdə “Adnan Hoca” olaraq tanınan Adnan Oktar və qruplaşmasına qarşı İstanbul prokurorluğu tərəfindən 5 ay əvvəl həyata keçirilən əməliyyat nəticəsində 175 nəfər həbs edilib. Adnan Oktar Edirnədəki “F” tipli həbsxanada təkadamlıq kamerada cəzasını çəkir.
İki fərqli fotosu üzə çıxan Oktarın saçını və saqqalını qısaltdığı, arıqladığı məlum olub.
Lüks həyata vərdiş olan Oktar bank hesabındakı puldan həftədə ən çox 300 lirə (100 manata yaxın) pul xərcləyə bilər.