ABŞ Türkiyəyə qarşı sərt qərar verib
ABŞ Türkiyəyə tətbiq etdiyi ticarət güzəştini ləğv edir.
ONA-nın ABŞ bürosunun xəbərinə görə, Birləşmiş Ştatlar Türkiyəyə tətbiq etdiyi imtiyazlı ticarəti dayandırmaq niyyətindədir.
Bu barədə ABŞ ticarət nümayəndəliyindən verilən açıqlamada məlumat verilib. Məlumata görə, ABŞ-ın Türkiyəyə bəzi ixrac mallarının güzəştlə idxalını nəzərdə tutan proqram çərçivəsində tətbiq etdiyi imtiyazın ləğv ediləcəyi bildirilir.
“Türkiyə artıq bu proqramda iştirak edə bilməz. Çünki, iqtisadiyyatı kifayət qədər inkişaf edib”, – deyə nümayəndəlikdən yayılan bəyanatda bildirilir.
Qurum hələ avqust ayından belə qərarın verilə biləcəyi mesajını vermişdi.