Bir zamanlar kişilərin ayaqqabısından şərab içdiyi müğənni zibilliyə necə düşdü? — FOTOLAR
“Yeşilçam”ın keçmiş ulduzu Serpil Örümcerin acılarla dolu həyat hekayəsi var.
Bir zamanlar kişilərin ayaqqabısından şərab içdiyi aktrisa zibilxanalardan kağız yığmaqla həyatına davam edib.
Serpil 1952-ci ildə anadan olub. Gözəlliyi ilə dövrünə damğa vurub. 1967-ci ildə keçirilən gözəllik müsabiqəsində qalib gəlib və şöhrətin qapıları üzünə açılıb. Bu zaman onun 14 yaşı var idi.
Ayaqları uzun olduğu üçün ona “Bayan bacak” da deyirdilər. O, karyerasına aktrisalıqla yanaşı, müğənni kimi də davam edib. O dövrün məşhur sənətçisi Berkantla sevgili olsa da, eşqinin sonu oldu. Berkantdan ayrılanda Örümcer artıq məşhur idi. O, sonradan Cengiz Kartal ilə ailə qurdu. Amma Örümcer artıq bütün mal-mülkünü satmışdı. Cengizlə də boşandıqdan sonra konsert üçün səfər etdiyi Batmanda Hasan Ölük ilə tanış oldu. Qısa müddət sonra Serpil üçüncü dəfə nikah masasına oturdu. Ulduz müğənni qısa müddət sonra ərinin Batmanda dörd arvadı, 11 uşağı olduğunu öyrəndi. Bundan əlavə ərindən şiddət də görməyə başladı. Şiddəti sənədlərlə məhkəmədə sübut etdikdən sonra boşandı.
Pulsuzluqdan Örümcer çarəni zibil qablarından topladığı kağızları satmaqla dolanmağa başladı. Onun bu vəziyyəti bir çox insanın ürəyini sızıldatdı. Ona kömək edənlər, xeyriyyə üçün pul toplayanlar da oldu.