ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşməyə hazırdır.
Bu barədə ABŞ-ın Dövlət katibi Marko Rubio “Bloomberg“ə müsahibəsində deyib.
Rubionun sözlərinə görə, əgər günü sabah Xamenei görüşmək istədiyini desə, Tramp buna razılaşar.
Dövlət katibi qeyd edib ki, bu, Trampın Xamenei ilə razılaşdığı anlamına gəlməməlidir.
"Prezident Tramp problemlərin həlli yolunun bu olduğunu düşünür. Tramp kiminləsə görüşməyi güzəşt hesab etmir”, - Rubio bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.