Yerin asteroidlə toqquşma təhlükəsi var — NASA rəhbərindən XƏBƏRDARLIQ
NASA-nın rəhbəri Cim Braydenstayn planetimizin sakinlərini təşvişə salan bəyanatla çıxış edib.
NASA rəhbəri bəşəriyyətə planetimizə dağıdıcı asteroidin düşəcəyinə hazırlaşmaq barədə xəbərdarlıq edib. NASA direktorunun fikrinə əsasən, təhlükə çox böyükdür və bir çoxumuz canlı həyatın nə böyük təhlükə qarşısında olduğunu dərk etmir.
Braydenstayn dünya ictimaiyyətinə Çelyabinsk meteoriti barədə məlumat verib. Mütəxəssis bildirib ki, meteoritin diametri 20 metr olsa da, atmosferimizə daxil olduqdan sonra Xirosimoya atılan nüvə bombasından 30 dəfə böyük güclə partlayıb.
NASA rəhbəri bildirib ki, Çelyabinsk meteoriti şəhərlərin üzərində partlayıb və dağıntılara yol açıb. Bəzi meteoritlər isə xoşbəxtlikdən okeanlara düşür. NASA alimlərinin hesablamalarına əsasən, heç olmasa 60 ildə bir dəfə yaşayış məntəqələrinə düşəcək və diametrləri 20 metrdən böyük olacaq. Əgər belə səma cismləri əhalinin sıx yaşadığı yerə düşsə, faciənin miqdarı çox böyük olacaq. Məsələn, 140 metrlik asteroid bir Avropa ölkəsini tamamilə məhv edə bilər. Braydenstayn dünya dövlətlərini təhlükə ilə üzləşməyə çağırsa da, bunun qarşısını almağın yollarından danışmayıb.
Hələlik Yerə doğru uçan asteroidləri nüvə başlıqları ilə havada partlatmaq fantastika sayılır.
Qeyd edək ki, hazırda “2007 F3” asteroidi Yerə doğru hərəkət edir. Diametri 340 metr olan bu asteroid oktyabr ayında planetimizlə toqquşa bilər...