İran parlamentinin Milli Təhlükəsizlik Məsələləri üzrə Komitəsinin rəhbəri Möcab Zonnur ABŞ-ın bu ölkəyə hücum edəcəyi təqdirdə İsrailə qarşı hərbi əməliyyatların başlanacağına söz verib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Zonnur bildirib ki, Birləşmiş Ştatlar İrana hücum etsə, İsrail 30 dəqiqə tab gətirə bilməyəcək.
Komitə başçısının sözlərinə görə, İranın ağır dağıdıcı silah arsenalı var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.