AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Ukrayna Rusiya arasında görüş gözlənilir

  • + A
  • - A
  • Dünən, 21:45

    ABŞ Ukrayna Rusiya arasında görüş gözlənilir

    ABŞ, Rusiya və Ukrayna arasında üçüncü üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

    Politico nəşrinin diplomatik danışıqlardan məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, tərəflər gələn həftə yeni görüş keçirməyi nəzərdə tuturlar. Mənbənin sözlərinə görə, Amerika nümayəndə heyəti bu toplantıda münaqişənin nizamlanması istiqamətində irəliləyiş əldə olunacağını gözləyir.

    Bildirilir ki, danışıqlar əvvəlki iki görüş kimi BƏƏ-nin paytaxtı Abu Dhabi şəhərində və ya ABŞ-ın Florida ştatının Miami şəhərində baş tuta bilər.

    Ukrayna Prezidenti Volodymyr Zelenskyy daha əvvəl ABŞ-da yeni görüşün mümkünlüyünü qeyd etmişdi. Rusiya tərəfi isə danışıqların vaxtı və məkanı ilə bağlı hələlik rəsmi təsdiq verməyib. ABŞ da görüşlərlə bağlı rəsmi açıqlama yaymayıb.
    Xatırladaq ki, əvvəlki üçtərəfli danışıqlar fevralın 4-5-də Abu-Dabidə keçirilib. Həmin görüşdə Kiyev və Moskva hərbi əsirlərin “157-yə qarşı 157” formatında dəyişdirilməsi barədə razılığa gəliblər. İştirakçılar görüşü konstruktiv adlandırsalar da, konkret nəticələr açıqlanmayıb. Rusiyanın TASS agentliyi mənbəyə istinadən tərəflərin “iqtisadi məsələlər, ərazi problemləri və atəşkəs mexanizmi”ni müzakirə etdiklərini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR