AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britaniya xəstəxanasında kritik vəziyyət. Təcili yardıma hədsiz müraciət edilib

  • + A
  • - A
  • Dünən, 21:26

    Britaniya xəstəxanasında kritik vəziyyət. Təcili yardıma hədsiz müraciət edilib

    Böyük Britaniyada Nottingham University Hospitals NHS Trust (NUH) artan pasiyent axını səbəbindən “kritik vəziyyət” elan edib.
    Xəstəxana rəhbərliyinin açıqlamasına görə, son bir həftə ərzində xidmətlərə, xüsusilə təcili yardım və qəbul şöbəsinə (A&E) ciddi tələbat yaranıb. Bu isə pasiyentlərin dəhlizlərdə “qəbuledilməz və uzunmüddətli gözləmə” ilə üzləşməsinə səbəb olub.
    Qeyd edək ki, bu, son iki ay ərzində NUH tərəfindən ikinci dəfədir ki, “kritik vəziyyət” elan olunur.

    Qurumun əməliyyatlar üzrə baş direktoru Endryu Holl bildirib: “Hazırda müşahidə etdiyimiz təzyiqləri azaltmaq üçün bütün həftə boyu fasiləsiz çalışmışıq. Lakin görülən tədbirlər gözlənilən nəticəni verməyib. Pasiyent təhlükəsizliyini qorumaq üçün kritik vəziyyət elan etmək zəruri idi.”

    Xəstəxana rəhbərliyi vətəndaşları yalnız zəruri hallarda təcili yardım şöbəsinə müraciət etməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR