AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FETÖ-nun dəstəkçisi olan baş nazir istefa verdi

  • + A
  • - A
  • 20-07-2019, 10:27

    FETÖ-nun dəstəkçisi olan baş nazir istefa verdi

    FETÖ-ya maliyyə yardımı etməyə çalışan Kosova Baş naziri Ramuş Haradinaj vəzifəsindən istefa verib.
    Axar.az xəbər verir ki, nazir Hollandiyanın Haaqa şəhərindəki Kosovanın xüsusi prokurorluğu tərəfindən şübhəli qismində çağırıldığı üçün vəzifədən istefa verdiyini bəyan edib.

    “Hökumətin baş naziri olaraq istefa verdim. Bu andan etibarən hökumət olaraq da istefa verdik. Bunun səbəbi də xüsusi prokurorluq tərəfindən şübhəli qismində dindirilməyə çağırılmağımızdır”, – o söyləyib.

    Qeyd edək ki, Kosova Qurtuluş Ordusunun keçmiş komandirlərindən olan Haradinaj daha öncə də iki dəfə Haaqada mühakimə edilib, ancaq dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR