Rusiyanın Moskva şəhərində tanımadığı xanımı onunla tanışlığa cəhd edən digər iki oğlandan qorumaq istəyən paytaxt sakini Yuri Melnikov xəstəxanalıq olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “NTV” televiziyasının “ÇP” verilişi süjet hazırlayıb.
Belə ki, zərərçəkənin digər iki oğlana “bir az nəzakətli olun” deməsi ona baha başa gəlib. Hadisə şahidlərinin lentə aldığı görüntülərdən də açıq-aydın görünür ki, Yuriyə hücum edən şəxslərdən birinin əlində bıçaq olub. Dəfələrlə cəhd edən cinayətkar Melnikova soyuq silahla xəsarət yetirə bilməyib. Onlar onu vəhşicəsinə döyüb ərazidən uzaqlaşıblar. Yaralı ətrafdakı insanların köməkliyi ilə dərhal xəstəxanaya çatdırılıb.
Y. Melnikovun sağ olması xəbərinə qədər isə görüntüləri izləyən sosial şəbəkə istifadəçiləri onu artıq “basdırıb”. Belə ki, onlar onun həmin davadan sonra sağ qalacağına şübhə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.