AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabah qar yağacaq - yollar buz bağlayacaq

  • + A
  • - A
  • Bu gün, 15:30

    Sabah qar yağacaq - yollar buz bağlayacaq


    Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntı gündüz tədricən kəsiləcək.

    Arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

    Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

    Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR