AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın vurduğu ABŞ əsgərlərinin sayı açıqlandı

  • + A
  • - A
  • 17-01-2020, 12:12

    İranın vurduğu ABŞ əsgərlərinin sayı açıqlandı


    Yanvarın 8-də İranın İraqda Ayn əl- Əsəddəki ABŞ hərbi bazalarına raket zərbələri endirməsi nəticəsində 11 amerikalı hərbçi xəsarət alıb. 

    11 əsgər Almaniya və Küveytdəki hərbi sağlamlıq mərkəzlərinə köçürülüb. Bu barədə ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığı məlumat yayıb. İran bu hücumdan sonra “80 ABŞ öldürüldü” ifadəsini işlədib. Ancaq Pentaqondan heç bir əsgərin ölmədiyi, 11 hərbiçinin beyin sarsıntısı keçirdiyini deyib.

    Xatırladaq ki, yanvarın 8-nə keçən gecə saatlarında İran ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket zərbəsi endirib. Bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ-ın hava zərbəsi nəticəsində Bağdadda ölümünə cavab idi.    /Cebhe.info/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR