AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dubay əmirinin killer şəbəkəsi: 200 nəfər öldürüldü – Şok faktlar

  • + A
  • - A
  • 4-02-2020, 11:29

    Dubay əmirinin killer şəbəkəsi: 200 nəfər öldürüldü – Şok faktlar


    Yəmənin müvəqqəti paytaxtı Ədəndə 2015-ci ildən bu yana 200 nəfərin sui-qəsd nəticəsində həyatını itirdiyi açıqlanıb.

    Bu barədə Yəməndə fəaliyyət göstərən Sui-qəsd Qurbanlarının Müdafiə Təşkilatı məlumat yayıb.

    Məlumatda sui-qəsd hallarının gizlədildiyi bildirilib. Təşkilatın üzvü, vəkil Afra Həriri hüquq-mühafizə orqanlarını və polisi sui-qəsdləri gizlətməkdə ittiham edib.

    İddiaya görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2018-ci ildə başda Yəmən olmaqla bölgə ölkələrində nüfuzlu siyasətçiləri aradan qaldırmaq üçün “Mizraq” adlı killer qrupu göndərib. Yəməndə baş verən sui-qəsd hallarından bu qrupun məsuliyyət daşıdığı deyilib.

    ABŞ-da fəaliyyət göstərən “Buzzfeed News” adlı xəbər saytı BƏƏ şahzadəsi Məhəmməd bin Zayedin amerikalı killerlərdən ibarət sui-qəsd qrupu qurduğunu iddia edib. Bunun əsas hədəfinin Yəmənin nüfuzlu siyasətçilərini aradan qaldırmaq olduğu deyilib.

    BƏƏ-nin muzdlu qatil Məhəmməd Daxlanın vasitəçiliyi ilə qurduğu sui-qəsd şəbəkəsinə hər cinayətə görə ödəniş edildiyi bildirilib. Məlumata görə, sui-qəsd əməliyyatları birbaşa Dubay əmiri Məhəmməd bin Zayedin tapşırığı ilə həyata keçirilib. /Teleqraf.com/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR