AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Məni kimsəsizlər qəbiristanlığında dəfn edin” — Üç uşaq anası məktub yazıb intihar etdi

  • + A
  • - A
  • 5-02-2020, 12:54

    "Məni kimsəsizlər qəbiristanlığında dəfn edin” — Üç uşaq anası məktub yazıb intihar etdi


    Türkiyədə iki uşaq anası "Məni kimsəsizlər məzarlığında basdırın,dəfnimə heç kəs gəlməsin. Meyitimi yoldaşıma və ailəmə verməyin",- sözlərini yazaraq intihar edib.
    “Ölkə.Az” xəbər verir ki, hadisə, Bursa bölgəsində baş verib. 42 yaşlı Gülər ​​K. yataq otağında intihar edib. Qadının meyiti həyat yoldaşı tərəfindən aşkarlanıb.

    Qadın intihar etməmişdən öncə məktub yazıb. O, məktubda əri, anası və qaynanası tərəfindən ona edilən zülmlrdən bezdiyi üçün intihar etdiyini qeyd edib.

    "Əgər iflic olsam, və ya ölsəm, həyat yoldaşım, qayınanam, anam, heç kim mənim dəfnimə gəlməsin. Həyat yoldaşıma, anama və qayınanama haqqımı halal etmirəm. Məzarımın yerini sadəcə, uşaqlarım bilsin”,- deyə qeyd edib.
    Qadının meyiti ekspertizaya göndərilib. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıblar.



    "Məni kimsəsizlər qəbiristanlığında dəfn edin” — Üç uşaq anası məktub yazıb intihar etdi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR