Ermənistanın paytaxtı İrəvanda və digər şəhərlərdə terror aktları gözlənilir. Bu, Ermənistanda klanlararası müharibənin nəticəsi kimi ortaya çıxacaq.
Bu barədə Ermənistanın “Yerkir” qəzeti məlumat yayıb.
Nəşrin mötəbər mənbələrə istinadən yaydığı xəbərə əsasən, partlayışlar İrəvanda bir həftədən sonra baş verəcək:
“Terror aktları baş verən kimi Ermənistan hakimiyyəti düşməni kənarda axtaracaq, amma partlayışların arxasında elə özümüzünkülər duracaq. Bu, böyük klanlararası müharibənin nəticəsidir. Əsas məqsəd Paşinyan hakimiyyətinin iflic vəziyyətində, Ermənistan təhlükəsizlik sisteminin isə sıfır səviyyəsində olmasını ictimaiyyətə göstərməkdir”. (axar.az)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.