Təzə gəlin intihar etdi - bakirəlik testinə görə
Tacikistanda 18 yaşlı gəlin intihar edib.
Onun intiharına 24 yaşlı əri səbəb olub. Belə ki, əri ona bir neçə dəfə bakirəlik testi edib və ona inanmayıb və döyüb. Bütün bunlar gəlini intihara sürükləyib.
Tacikistanda 24 yaşlı bəy tanımadan evləndiyi 18 yaşlı xanımının birinci dəfə etdirdiyi bakirəlik testinə inanmadığına görə onu ikinci dəfə bunu yoxlamağa məcbur edib.
Bəy Rajabbi Khurşed adlı gəlinin dəfələrlə etdiyi testə inanmayaraq onu pozğun adlandırıb və döyüb. Bundan bezən gəlin özünü öldürüb.
Qızın valideynləri məsələ ilə bağlı bəyi məhkəməyə veriblər. Əgər oğlan qızın ölümündə günahkar sayılsa, o, 8 il müddətinə azadlıqdan məhrum ediləcək.
///Milli.Az