AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İraqın Ərbil şəhərinə raket zərbələri endirilib

  • + A
  • - A
  • 13-03-2022, 08:47

    İraqın Ərbil şəhərinə raket zərbələri endirilib

    İraqın Ərbil şəhərində güclü partlayışlar baş verib.

    Azadnedia.az xəbər verir ki, yerli sakinlər bunun ABŞ konsulluğuna hücum olduğunu bildiriblər.

    ABŞ-ın Bağdaddakı səfirliyində sirenlər səslənib. Hələlik baş verənlərlə bağlı rəsmi versiya yoxdur. Yerli sakinlərə istinadən verilən məlumata görə, İraqda baş verən partlayışdan sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb.

    İraq Milli Xəbər Agentliyi bir neçə raketin ABŞ Baş Konsulluğu yaxınlığında yerə düşdüyünü bildirib. Həmin ərazidə ən azı üç partlayış olub. Hakimiyyət bölgədə hava hərəkətini dayandırıb.

    Hazırda ölənlər və yaralananlar barədə məlumat yoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR