ABŞ müdafiə naziri Ordu Nazirliyinə namizədini müəyyənləşdirib

ABŞ müdafiə naziri Ordu Nazirliyinə namizədini müəyyənləşdirib
ABŞ müdafiə naziri Pit Heqset yaxın çevrəsində Ordu naziri vəzifəsinə əsas namizədinin Pentaqonun baş mətbuat katibi Şon Parnell olduğunu bildirib.
CBS News-un yüksəkvəzifəli rəsmilərə istinadən yaydığı məlumata görə, Heqset Parnelli ABŞ Ordusuna rəhbərlik edəcək şəxs kimi nəzərdən keçirir.
Hazırda Pentaqonun baş mətbuat katibi vəzifəsini tutan Şon Parnell əvvəllər ABŞ Ordusunda zabit kimi xidmət edib.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi məsələ ilə bağlı açıqlamasında bildirib ki, qurum administrasiya rəsmiləri arasında baş tutan şəxsi söhbətləri şərh etmir.
Bu arada, Ağ Ev Ordu naziri Den Driskollun istefasından sonra onun yerinə namizəd axtarışını davam etdirir. Driskoll Pit Heqsetlə bir neçə ay davam edən gərgin münasibətlərdən sonra vəzifəsindən istefa verib.
Yeni Ordu nazirinin müəyyənləşdirilməsi prosesinə Ağ Evin aparat rəhbəri Suzi Uayls rəhbərlik edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.