AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AzInTelecom” beynəlxalq texnologiya müsabiqəsində fərqləndi

  • + A
  • - A
  • Bu gün, 11:40

    “AzInTelecom” beynəlxalq texnologiya müsabiqəsində fərqləndi

    “AzInTelecom” MMC beynəlxalq texnologiya arenasında növbəti uğurunu əldə edib.
    AZCON Holding-in tərkibində fəaliyyət göstərən şirkət “DCS Awards 2026” müsabiqəsində “İlin bulud layihəsi” (“Cloud Project of the Year”) nominasiyasında “AZINCLOUD” platforması ilə “runner up” statusuna layiq görülüb.
    Bu nəticə “AZINCLOUD”un texnoloji innovativliyi, etibarlılığı və yüksək performans göstəricilərinin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir.
    “DCS Awards” məlumat mərkəzləri, bulud texnologiyaları və İT infrastrukturu sahəsində dünyanın aparıcı şirkət və layihələrinin müəyyənləşdirildiyi nüfuzlu beynəlxalq müsabiqələrdən biridir. Müsabiqədə “AZINCLOUD”un fərqlənməsi Azərbaycanın bulud texnologiyaları və İT infrastrukturu sahəsində beynəlxalq rəqabət imkanlarının artdığını nümayiş etdirir.
    “AZINCLOUD” Azərbaycanın ilk ictimai bulud platformasıdır. Platforma “AzInTelecom”un Avropanın aparıcı bulud provayderlərindən biri olan “Gcore” ilə əməkdaşlığı çərçivəsində yaradılıb.
    “AZINCLOUD” istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, infrastruktur üzərində tam nəzarət və fasiləsiz texniki dəstək imkanları təqdim edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR