AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ 2030-cu ilə qədər müdafiə hazırlığını tam təmin etməyə bilər

  • + A
  • - A
  • Bu gün, 22:23

    Aİ 2030-cu ilə qədər müdafiə hazırlığını tam təmin etməyə bilər


    Avropa Hesab Auditorları Palatası Avropa İttifaqının 2030-cu ilə qədər mümkün xarici hücumu dəf etməyə tam hazır olub-olmayacağına şübhə ilə yanaşır

    Qurumun hesabatına görə, Aİ ölkələri 2020–2025-ci illərdə müdafiə xərclərini 79 faiz artırıb. Lakin milli müdafiə sistemlərinin parçalanması, hərbi sənayedə istehsal məhdudiyyətləri və ABŞ-dan asılılıq hələ də əsas problemlər olaraq qalır.

    Hesabatda bildirilir ki, 2022-ci ildən sonra Aİ ölkələrinin müdafiə satınalmalarının böyük hissəsi blokdan kənar təchizatçılardan həyata keçirilib. Bu alışların 63 faizi ABŞ şirkətlərinin payına düşüb.

    Auditorlar hesab edir ki, Avropanın strateji müstəqilliyə nail olması üçün müdafiə sənayesində istehsal sürətlə artırılmalı, sursat ehtiyatları genişləndirilməli və üzv ölkələr arasında əməkdaşlıq gücləndirilməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR