Rusiyanın Ukraynaya hücumları fasiləsiz davam edərkən, Ukraynanın cavab olaraq Ukrayna-Rusiya sərhədindəki Bryansk bölgəsinə hücum təşkil etdiyi iddia edilib.
AzadMedia.az xəbər verir ki, Bryansk vilayətinin qubernatoru Aleksandır Boqomaz sosial media hesabında Ukraynaya məxsus döyüş təyyarəsinin Rusiya ərazisinə daxil olaraq hücum təşkil etdiyini açıqlayıb.
Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukrayna təyyarəsinə qarşı dərhal aktivləşdirildiyini qeyd edən Boqomaz, “Bu gün Ukrayna Silahlı Qüvvələrinə aid bir təyyarə Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən təsbit edilib. Elementin Rusiya Federasiyası ərazisinə daxil olmasının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilərkən Starodubski rayonundakı Jeça qəsəbəsi ərazisinə 2 raket düşüb. Partlayışlar nəticəsində neft obyektinin texnoloji binasına ziyan dəyib. Digər ikinci raket bir bölgəyə ziyan vurub", - deyə o, bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.