Rüşvətxorluqda ittiham edilən çinli general intihar etdi
Çində rüşvətxorluqla bağlı istintaqa cəlb edilən general intihar edib.
"Ölkə.Az" xəbər verir ki, 66 yaşlı general rüşvət almaqda ittiham edilirdi.
Çinin lideri Şi Çinpinqin korrupsiya ilə mübarizə üçün start verdiyi əməliyya çərçivəsində istintaqa cəlb edilən general Janq Yanq intihar edib. Ordunun yüksək rütbəli generallarından sayılan 66 yaşlı hərbçi ötən həftə sonu Pekindəki evində ölü vəziyyətdə tapılıb.
Janq iki generalla başlayan korrupsiya istintaqına cəlb edilmişdi. Çinin rəsmi xəbər agentliyinin yaydığı məlumata əsasən, Janq rüşvət almaqda ittiham edilirdi.