Moskvadakı səkkiz yunan diplomatı persona non-qrata elan edilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Qeyd olunub ki, Yunanıstanın Rusiya Federasiyasındakı səfiri Ketrin Nassika Xarici İşlər Nazirliyinə çağırılıb, ona Afinanın Moskvaya qarşı qarşıdurma kursu, rus diplomatlarının persona non qrata elan edilməsi, o cümlədən Kiyevə silah-sursat tədarükü ilə bağlı etiraz edilib.
"Onlar səkkiz gün ərzində ölkəni tərk etməlidirlər", - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
Vurğulanıb ki, Moskvanın hərəkətləri Yunanıstanın qeyri-dost hərəkətlərinə cavab idi, buna görə məsuliyyət Afinanın üzərinə düşür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.