Ərdoğan Trampa Soçi görüşü barədə bildiklərini danışıb — SİRLİ TELEFON ZƏNGİ
Türkiyə Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidentləri Donald Tramp telefonla danışıblar.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Onun sözlərinə telefon danışığı D.Trampın istəyilə baş tutub.
“D.Trampın təşəbbüsü ilə telefon danışığı baş tutub. Tramp generallara açıq şəkildə göstəriş verib ki, daha YPG-yə silah tədarük olunmayacaq. Daha sonra iki ölkə başçısı Suriya məsələsilə də bağlı müzakirə aparıblar. Ərdoğan Soçi görüşündə baş verənlərlə bağlı Trampa bildiklərini deyib”, - deyə Mövlud Çavuşoğlu bildirib.