AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vyetnam Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi eniş zamanı qəzaya uğrayıb, pilot ölüb

  • + A
  • - A
  • 31-01-2023, 15:52

    Vyetnam Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi eniş zamanı qəzaya uğrayıb, pilot ölüb

    Vyetnam Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Su-22 təyyarəsi Yen Bay əyalətində hava limanına enərkən qəzaya uğrayıb, pilot ölüb. Azadmedia.az xəbər verir ki, bu barədə “VnExpress” xəbər portalı məlumat yayıb.
    Vyetnam Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə və Hava Hücumundan Müdafiə Qüvvələrinə fəsadların aradan qaldırılması və qəzanın səbəblərini müəyyənləşdirməyi tapşırıb.

    Bir sıra Su-22 qırıcıları 1979-cu ildə Sovet İttifaqından Vyetnama gedib. Təyyarə modeli Vyetnam Hərbi Hava Qüvvələrində patrula gedən ilk model olub.

    Qeyd edək ki, bundan əvvəl Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus qırıcının Andravida adasının cənubunda İon dənizində qəzaya uğradığı, hər iki pilotun atıldığı bildirilmişdi. Amerika istehsalı olan F-4 təyyarəsi Andravidas hava limanından 25 dəniz mili cənubda qəzaya uğrayıb. Daha sonra təyyarənin ikinci pilotunun həlak olduğu məlum olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR