AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

53 yaşlı Cennifer Lopez reklam üçün alt paltarında poza verib

  • + A
  • - A
  • 6-03-2023, 22:55

    53 yaşlı Cennifer Lopez reklam üçün alt paltarında poza verib

    Müğənni və aktrisa Cennifer Lopez İntimissimi-nin qlobal səfiri oldu və alt paltarında poza verdi. Azadmedia.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
    53 yaşlı aktrisa İtaliyanın “Intimissimi” alt paltarı brendinin yeni reklam kampaniyasının siması olub. O, fotolarda mavi, qırmızı və çəhrayı dəstlərlə yanaşı, atlas xalatlarda da poza verib.

    Xatırladaq ki, 2004-cü ildə Cennifer Lopez Mark Entoni ilə evləndi. 2007-ci ildə birgə tur zamanı Cennifer Lopez və əri ilk övladlarını gözlədiklərini açıqladılar. 22 fevral 2008-ci ildə əkizlər dünyaya gəldi - Emma və Maksimilian. Ancaq 2011-ci ildə Cennifer Lopez və Mark Entoni jurnalistlərə ayrılıq haqqında danışdılar. 2021-ci ildə Cennifer Lopez 2002-2003-cü illərdə görüşdüyü Ben Affleklə yenidən bir araya gəldi. 16 iyul 2022-ci ildə məşhurlar evləndilər.

    Bundan əvvəl Cennifer Lopez Mark Entonidən dünyaya gələn əkizləri 15 illik yubileyi münasibətilə təbriki ilə gündəmə gəlmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR