AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FİFA 2034-cü ildə futbol üzrə dünya çempionatının harada keçiriləcəyini açıqlayıb

  • + A
  • - A
  • 31-10-2023, 23:58

    FİFA 2034-cü ildə futbol üzrə dünya çempionatının harada keçiriləcəyini açıqlayıb

    2034-cü ildə futbol üzrə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək. Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino məlumat verib.

    Turnirə ev sahibliyi etmək iddiasında olan yeganə səudiyyəlilər idi. Bundan əvvəl Avstraliyanın 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət etməmək qərarına gəldiyi bildirilirdi.

    İndoneziya və Avstraliya 2034-cü il Dünya Çempionatına ev sahibliyi etmək üçün birgə ərizə verməyi planlaşdırırdılar, lakin sonra İndoneziya turnirə ev sahibliyi etmək üçün növbəti müsabiqədən imtina etdi və Səudiyyə Ərəbistanının təklifini dəstəklədi.

    Növbəti iki dünya çempionatının ev sahibləri artıq müəyyənləşib. 2026-cı ildə turnir ABŞ, Kanada və Meksikada, 2030-cu ildə isə turnirin oyunlarına ilk dəfə olaraq altı ölkə - Uruqvay, Paraqvay, Argentina, Mərakeş, Portuqaliya və İspaniya ev sahibliyi edəcək.

    Sonuncu dünya çempionatına Qətər ev sahibliyi edib. 2022-ci ildə Argentina millisinin futbolçuları dünya çempionu olublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR