RFU Rusiya klublarının və milli komandalarının yenidən beynəlxalq yarışlarda mübarizə apara bilməsi üçün fəaliyyətini davam etdirəcək. Təşkilat artıq Asiyaya köçmək barədə düşünmür.
RFU artıq Asiya Futbol Konfederasiyasına üzv olmaq niyyətində deyil. Müvafiq qərar qurumun İcraiyyə Komitəsinin ötən gün keçirilən iclasında qəbul edilib.
İclasın bütün iştirakçıları FİFA-nın zəmanəti olmadan AFC-yə qoşulmağın mənası olmadığını, buna görə də qurumun UEFA-ya qayıtmaq üçün səylərini davam etdirəcəyini bildirib.
Xatırladaq ki, Rusiya ötən ilin fevralından FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirak etmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.