Alimlərdən xəbərdarlıq — Çox yatmaq ölümə səbəb olur
Böyük Britaniyanın Kilsk universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.
Alimlərin qənaətinə əsasən, çox yatmaq ürəkdə problemlərə səbəb olur və vaxtından əvvəl ölmə riskini artırır.
Mütəxəssislər 74 tədqiqatın nəticələrini incələyiblər. Bu tədqiqatlarda 3 milyondan çox insan iştirak edib. Alimlər qeyd ediblər ki, sutka ərzində 10 saat yuxu ölüm riskini sutka ərzində 7 saat yatanlara nisbətən 30% artırır. Bununla yanaşı insultdan yaranan ölüm riski 56%, ürək-damar xəstəliklərindən üzə çıxan ölüm riski isə 49% artır. Eyni zamanda məlum olub ki, pis yuxu yatanların da sağlamlıqları ilə bağlı problemləri olur. Belə insanlarsa ürək xəstəliyi riski 44% artır.
Alimlər məsləhət görürlər ki, sutka ərzində 7-8 saat yatmaq kifayətdir. Bu, ürək xəstəlikləri riskini azaldır.