Alimlər açıqladı — Gündə 6 fincan qəhvə ölüm riskini azaldır
ABŞ-ın Milli Onkologiya İnstitutu və Milli Səhiyyə İnstitutu elmi jurnalda yeni tədqiqatın nəticəsini açıqlayıb.
Məqaləyə əsasən, gün ərzində 6 fincan qəhvə içmək erkən ölüm riskini 16% azaldır.
Tədqiqatçılar 2006-2016-cı illər arasında təcrübə aparıblar. Təcrübə 38-73 yaş arası 500 min britaniyalının sağlamlığını müşahidə etmək olub. Məlum olub ki, gün ərzində 8 fincan qəhvə içən insanlarda erkən ölüm riski 14% azalıb. Gündə 6 fincan qəhvə içənlərdə isə bu rəqəm 16% olub.
Qeyd edək ki, bir müddət əvvəl alimlər gündə 4 fincan qəhvənin ürək üçün faydalı olduğunu bildirmişdilər.
2016-cı ildə xərçəng xəstəliyi üzrə Beynəlxalq Araşdırma Mərkəzi qəhvəni kanserogen tərkibli maddələr siyahısından çıxarıb.